“Kəpəz”in bəzi futbolçuları 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar klubun saytına fikirlərini bölüşüb.
Qol.az-ın xəbərinə görə, onlar əvvəlcə qadınları təbrik ediblər.
Davud Kərimi: “8 mart kişilərin xərcə düşdüyü gündür (gülür). Təbii ki, zarafat edirəm, bu gün qadınlar üçün xüsusi önəmi olan gün, bayramdır. Amma xanıma yalnız bu gün və sevgililər günündə deyil, hər gün eyni sevgini, münasibəti göstərmək, qayğını hiss etdirmək lazımdır. Biz kişilərin ürəyində həmişə qadın sevgisi var, bu sevgi anaya, bacıya və həyat yoldaşına ola bilər. Mən bayram günü ilk növbədə anamı, xanımımı və qızımı təbrik edirəm. Qohum-əqrabada olan qadınları da unutmuram. Maddi planda gücüm çatan qədər hamını təbrik etməyə, hədiyyə almağa çalışıram”.
Serjio Kosta: “Portuqaliyada biz həmişə bu günü hədiyyə ilə qeyd edirik. Xanımlara tək hədiyyə yox, həm də çiçək buketi veririk. Axşamlar isə bütün bayramlara xas tərzdə şam yeməyi üçün stol ətrafına yığışırıq. Bu, demək olar ki, illərdən bəri davam edən xoş adət-ənənə halını alıb. Mənim həyatımda 3 qadın var, anam, bacım və həyat yoldaşım. Həmişə bu günü onlarla birgə qeyd edirəm. Onlar mənə görə çox dəyərlidirlər. Hədiyyə və güllə yanaşı, təbrikimi xoş sözlərlə dəifadə edirəm. Onların mənim həyatımda necə vacib insan olduqlarını, önəmli yer tutduqlarını söyləyirəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Kişiləri qadınlarsız təsəvvür etmək belə çətindir”.
Tural Rzayev: “Sizin vasitəniz ilə bütün xanımları bayram münasibəti ilə təbrik edirəm, qoy həyatda bütün arzularına çatsınlar. Bilirəm ki, qadınlar həmişə 8 martda hədiyyə gözləyirlər (gülümsəyir). Bizim komandamızın zərif azarkeşləri var, onlara ən böyük hədiyyəmiz uğurlu nəticələrimiz ola bilər. Bu gün anamı təbrik edəcəm. Ona həmişə müxtəlif hədiyyələr alıram, amma daha çox pul verirəm ki, hədiyyə seçimini özü etsin. Bu dəfə də belə olacaq. Çünki məşqlərlə bağlı Bakıdayam. Həyatımda hələ ki, ayrı qadın yoxdur, nə evliyəm, nə də ki, nişanlı. Heç sevgilim də yoxdur. Ona görə də çox xərcə düşmürəm (gülür)”.
Tadas Simaitis: “Dünyanın bəzi yerlərində olduğu kimi Litvada da 8 mart bayramı qeyd olunur. Biz kişilər bu günü sevirik, amma təbii ki, qadınlar bu bayramı daha çox sevirlər. Bayramda öz analarımızı, bacılarımızı, həyat yoldaşlarımızı və ya qız dostlarımızı təbrik etmək üçün gül alırıq. Litvada həmçinin, sizdəki kimi birgə işlədiyin xanımları da təbrik etmək adətdir. Mən uşaq yaşlarımdan anam üçün gül alardım. Məktəbdə oxuyanda isə müəllimlərimə də gül almağa başladım. İndi növbə həyat yoldaşıma çatıb (gülür). 8 martda hər bir kişi həyatında olan önəmli qadınları xatırlayır. Bu bayram bizim həyatımıza rəng qatan, onu gözəlləşdirən xanımları təbrik etmək üçün özəl gündür”.
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi
“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?
“Maaşları 50 faiz azaldılsın!”
Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”
İlin ən yaxşı gənc oyunçusu oldu
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular