Serxio Ramosdan tarixi nəticə

Serxio Ramosdan tarixi nəticə
XƏBƏR 8 Mart 2017 / 02:22 4822
-  A +

“Real”ın kapitanı Serxio Ramos Madrid klubunun tarixi nəticəyə imza atıb.

Qol.az-ın xəbərinə görə, Çempionlar Liqasının 1/8  finalının “Napoli” ilə cavab oyununda (3:1) dubl edən təcrübəli futbolçu “Real”ın heyətində vurduğu qolların sayını 68-ə çatdırıb.

Bununla da o, "Real"da ən çox qol vuran müdafiəçilər arasında Roberto Karlosun rekordunu təkrarlayıb. 

Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2005-ci ildən “Real”da çıxış edir.


 


Son xəbərlər
topaz banner