"PSJ-yə 6 qol vura bilərik" - Luis Enrike

"PSJ-yə 6 qol vura bilərik" -  Luis Enrike
XƏBƏR 7 Mart 2017 / 18:50 4754
-  A +

"Rəqibdən daha üstün olmalıyıq. Hücumda və müdafiədə yaxşı çıxış etməliyik. Təbii ki, PSJ kimi komandaya qarşı bunları etmək çox çətindir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis ilk görüşdə 0:4 hesablı məğlub olmalarına baxmayaraq, mərhələ adlamaq şanslarının olduğunu bildirib: "Parisdəki görüşdən indiyə qədər çox şey dəyişib. İndi daha yaxşı oyun göstəririk. Rəqib ilk matçda 4 qol vurubsa, biz də sabah onlara 6 qol vura bilərik".

Qeyd edək ki, sabah "Nou Kamp"da keçiriləcək "Barselona" - PSJ oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq