"Turan Tovuz"un futbolçuları zəhərləndi

"Turan Tovuz"un futbolçuları zəhərləndi
XƏBƏR 7 Mart 2017 / 17:33 3273
-  A +

Azərbaycan birinci divizionunda mübarizə aparan "Turan Tovuz" klubunun bir neçə futbolçusu zəhərlənib.

Qol.az-ın klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, qida zəhərlənməsindən Tovuz rayon təcili tibbi yardım şöbəsinə qəbul olunan futbolçuların bəziləri evə buraxılıb.

Hazırda bir-neçə futbolçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.

Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya yəni martın 11-nə dəyişdirilməsini xahiş etsə də, onların istəyi nəzərə alınmayıb.

"Turan Tovuz"un futbolçuları zəhərləndi

 
"Turan Tovuz"un futbolçuları zəhərləndi
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner