Birinci divizionun ən yaxşı qolu müəyyənləşdi

Birinci divizionun ən yaxşı qolu müəyyənləşdi
XƏBƏR 7 Mart 2017 / 14:41 1574
-  A +

Azərbaycan I divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb.

Nurəhmədov səslərin 60 faizini toplayıb.

Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub. Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən qaydalara əsasən yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini  toplayaraq, qalib gəlib.




Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır