AFFA-dan təpik vuran futbolçuya ağır cəza

AFFA-dan təpik vuran futbolçuya ağır cəza
GÜNDƏM 7 Mart 2017 / 12:49 3003
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 21-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz  Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçının  64-cü dəqiqəsində AZAL klubunun  futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Qeyd edək ki, liberiyalı müdafiəçi top uğrunda mübarizədən sonra yerdə qalan rəqibi Julien Ebaha qəsdən təpik vursa da, hakimlər bu epizoda reaksiya verməmişdi.

Bundan başqa,  Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun  futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 100 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq