Zidan “Napoli” ilə oyundan danışdı

Zidan “Napoli” ilə oyundan danışdı
XƏBƏR 7 Mart 2017 / 00:42 3078
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Napoli”yə qarşı keçirəcəkləri görüşdən danışıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, fransız məşqçi görüşün çətin keçəcəyini bildirib:

“Biz az uduzan komanda ilə qarşılaşırıq. “Napoli” xüsusən də evdə məğlub olmağı sevmir. Bu stadiondakı atmosfer mənə yaxşı tanışdır. Futbolçu kimi bu arenada dəfələrlə meydana çıxmışam. “Napoli”nin əla azarkeşləri var.

Güclü komandaya qarşı oynayacağıq. Hesab edirəm ki, bizi möhtəşəm qarşılaşma gözləyir. “Napoli” ilk dəqiqələrdən hücuma atılacaq. Lakin biz diqqəti əldən verməməliyik. İnanıram ki, yekunda mərhələni adlayan tərəf biz olacağıq”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır