2 azarkeşə 15 sutkalıq həbs

2 azarkeşə 15 sutkalıq həbs
XƏBƏR 7 Mart 2017 / 00:25 1764
-  A +

Rusiya Premyer Liqasının 18-ci turunda keçirilən “Krasnodar” - “Spartak” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın ardınca moskvalıların 2 azarkeşi həbs olunub.

Adı açıqlanmayan şəxslərdən biri polislərə tabe olmadığından, digəri isə əmlaka ziyan vurduğundan saxlanılıb. Hər iki “Spartak” fanatına 15 sutka həbs cəzası verilib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə tamamlanıb.

Son xəbərlər
topaz banner