“Zirə”dən 25

“Zirə”dən 25
XƏBƏR 6 Mart 2017 / 15:00 1381
-  A +

Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun komandası, Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib. Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib.

8 km qəsəbə stadionunda qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb. Qeyd edək ki, “Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu