"Qarabağ"dan yubiley qələbəsi

"Qarabağ"dan yubiley qələbəsi
XƏBƏR 6 Mart 2017 / 14:19 1736
-  A +

“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley uğuru Topaz Premyer Liqasının XXI turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək Ağdam klubu 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi.

Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran komanda 328 top buraxıb.

Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner