"Zirə" və "Neftçi"nin futbolçuları millimizdə

"Zirə" və "Neftçi"nin futbolçuları millimizdə
XƏBƏR 6 Mart 2017 / 11:54 2922
-  A +

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 6-dan 9-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına daha 2 futbolçu dəvət olunub.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunlar Vüsal İsgəndərli ("Zirə") və Kamal Qurbanovdur ("Neftçi").

Qeyd edək ki, 4 gün davam edəcək toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.


Son xəbərlər
topaz banner