Marko Roys millimizə qarşı oynamayacaq

Marko Roys  millimizə qarşı oynamayacaq
XƏBƏR 6 Mart 2017 / 10:01 2111
-  A +

Almaniya millisinin futbolçusu Marko Roys DÇ-2018-in seçmə mərhələsində millimizlə oyunu buraxacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb Dortmund "Borussiya"sının yarımüdafiəçisinin bundesliqanın 23-cü turunda "Bayer"ə (Leverkuzen) qarşı matçda (6:2) zədələnməsidir. Onun aprelə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, M.Roys millimizlə matça kimi sağalmayacaq.

Qeyd edək ki, Azərbayan - Almaniya oyunu martın 26-ı keçiriləcək.

Əlavə edək ki, bundan əvvəl Almaniya millisinin futbolçusu Mario Qötzenin millimizlə görüşdə oynamayacağı açıqlanıb.


Son xəbərlər
topaz banner