Arda yenidən “Barselona”nın heyətində

Arda yenidən “Barselona”nın heyətində
XƏBƏR 4 Mart 2017 / 15:57 8144
-  A +

“Barselona”nın futbolçusu Arda Turan bu gün “Selta”ya qarşı keçiriləcək La Liqanın 26-cı turunun matçında oynaya biləcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, zədəsi sağalan türkiyəli oyunçunun adı görüşün iştirakçıları sırasına daxil edilib.

Xatırladaq ki, “Barselona” – “Selta” oyunu bu gün Bakı vaxtı ilə saat 23.45-də başlanacaq.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner