“Millini çalışdırmaq istəyirəm” – Mançini

“Millini çalışdırmaq istəyirəm” – Mançini
XƏBƏR 4 Mart 2017 / 14:51 2041
-  A +

“İnter”in sabiq baş məşqçisi Roberto Mançini İtaliya millisini çalışdırmaq istəyini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, “Corriere dello Sport”a müsahibəsində o deyib ki, millinin baş məşqçisi olmağı arzulayır.

“Mən millidə bir çox səbəbə görə çalışmaq istərdim. Ölkədə bir çox istedadlı gənc və istedadlı futbolçu üzə çıxıb. Fikrimcə, bir neçə il sonra biz güclü İtaliya millisi görəcəyik. Berardi, Berdaneski, Kyeza, Donnarumma, Lokatelli, Qalyardini kimi oyunçularımız var və gələcəkdə onlarla eyni komandada işləmək maraqlı olardı” - deyə Mançini bildirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner