“Prosineçki güclü klubda işləsə...”

“Prosineçki güclü klubda işləsə...”
XƏBƏR 4 Mart 2017 / 14:28 3815
-  A +

“Futbolçu kimi Robert Prosineçki dünyanın ən yaxşı oyunçularından idi. Məşqçi kimi böyük uğur qazanması üçün isə ona vaxt lazımdır”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Xorvatiya mətbuatına müsahibəsində keşmiş Yuqoslaviya və Makedoniya milli komandalarının hücumçusu olmuş Darko Pançev deyib.

Prosineçkinin komandası olmuş Pançev qeyd edib ki, əgər millimizin baş məşqçisi güclü klublardan birində işləsə, daha yaxşı uğur qazana bilər: “Zəif komanda ilə işləyəndə istədiyini əldə etmək çətin olur. Mən Robbiyə inanıram. O, yaxşı oğlandır. Bu keyfiyyətinə görə o məşqçilikdə də istəyinə nail ola biləcək”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner