"Kəpəz"in zədəliləri sağaldı

"Kəpəz"in zədəliləri sağaldı
XƏBƏR 4 Mart 2017 / 01:25 1265
-  A +

“Kəpəz” Topaz Premyer Liqanın 21-ci turunda AZAL-a qarşı keçirəcəyi oyunun Bakı hazırlığını başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün Gəncəyə gedəcək və matç öncəsi son məşqini oyuna ev sahibliyi edəcək şəhər stadionunda keçirəcək.

Qeyd edək ki, “sarı-göylər”in heyətində zədəli futbolçu yoxdur. Ötən həftə məşqlərin birində zədələnən Tural Nərimanov tam sağalıb və son iki gündə komanda ilə birgə məşq edib. Ötən tur “Qəbələ” ilə oyunda epizodların birində xəsarət alan Renan da Silvanın müəyyən ağrıları olsa da, braziliyalı artıq özünü yaxşı hiss edir.

Son xəbərlər