"Barselona"nın 10 futbolçusu dopinq-testdə

"Barselona"nın 10 futbolçusu dopinq-testdə
XƏBƏR 3 Mart 2017 / 23:04 3315
-  A +

UEFA-nın nümayəndələri “Barselona”nın 10 futbolçusunu dopinq testindən keçirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun bazasında gedən qurum nümayəndələri məşq zamanı Jerar Pike, İvan Rakitiç, Serxio Busgets, Andres İnyesta, Luis Suares, Lionel Messi, Neymar, Jordi Alba, Xavyer Maskerano və Serxi Rebertodan qan analizi götürülüb.

Qeyd edək ki, "Barselona" 57 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Kataloniya klubundan 1 oyun az keçirən "Real" 56 xalla 2-ci pillədədir.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır