Arsen Venger “Barselona”nı çalışdırmaq istəmir

Arsen Venger “Barselona”nı çalışdırmaq istəmir
XƏBƏR 3 Mart 2017 / 01:36 2927
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger “Barselona”nın baş məşqçisi olacağı haqda iddiaları cavablandırıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız mütəxəssis Kataloniya klubunda işləmək istəmədiyini söyləyib:

“Barselona”? Xeyr. Mən “Arsenal”da qalmağın tərəfdarıyam. Hazırda iş axtarmıram və hansısa başqa klubda çalışmaq arzusunda deyiləm. Amma istənilən halda, klubda qalıb-qalmayacağımı rəhbərik müəyyənləşdirəcək. Hazırda bütün fikrimi “Arsenal”ın uğurlarına yönəltmişəm”.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner