“Qəbələ”dən 8 cavabsız qol

“Qəbələ”dən 8 cavabsız qol
XƏBƏR 3 Mart 2017 / 00:32 2788
-  A +

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” təmsilçiləri AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb.

U-19 səfərdə “Şərurspor”la qarşılaşıb. “Qəbələ” bu matçda 8:0 hesabı ilə qələbə qazanıb. 22 oyunda 50 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” bu turda istirahət edib. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan komandamız 3-cü pillədədir və liderdən əlavə göstəricilərdə geri qalır.

U-16 səfərdə “Zirə” ilə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 3 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 17 matçdan sonra 37 xala malik “Qəbələ” 2-ci yerdədir.

Əvvəl “Zirə” ilə qollu heç-heçə edib (1:1), ardınca “Qarabağ”ı 3 cavabsız qolla məğlub edən U-15 liderliyə şərikdir. 16 oyundan sonra 44 xalla “qırmızı-qaralar” yalnız əlavə göstəricilərdə 2-cidir.

U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında da mövsümün ikinci yarısına start verilib. “Qəbələ” və UGİM arasında dueldə birincilər 1:0 hesabı ilə qalib gəlib. 14 turdan sonra “qırmızı-qaralar” 42 xalla 1-ci, “məktəblilər” 30 xalla 3-cüdür.

Eyni zonada çıxış edən U-11-lərin yarışında hər iki “Qəbələ” təmsilçiləri qələbə qazanıb. “Qəbələ” ROİL-ə 12:0, UGİM “Daşqın”a 4:1 hesabı ilə qalib gəlib. 14 turdan sonra “Qəbələ” 42 xalla 1-ci, UGİM 39 xalla 2-cidir.

U-10 Liqasının eyni zonasında Gİİ və UGİM arasında Qəbələ derbisində birincilər qalib gəlib - 2:1. Bu turu buraxan “Qəbələ” 13 oyunda 37 xalla 1-ci, Gİİ 30 xalla 3-cü, 22 xala malik UGİM 7-ci yerdə qərarlaşıb.

Qızlardan ibarət “Qəbələ” komandası isə yüksək liqada “Veqa”ya qalib gəlib - 3:0. 10 oyunda 25 xal yığan “qırmızı-qaralar” 2-ci pillədədir.

Daha çox


Son xəbərlər
topaz banner