“Avro-2024” Türkiyədə keçirilə bilər

“Avro-2024” Türkiyədə keçirilə bilər
XƏBƏR 2 Mart 2017 / 16:40 1826
-  A +

Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Qol.az-ın xəbərinə görə, bu barədə  Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

TFF-in prezidenti Yıldırım Dəmirörən Nyonda UEFA-nın baş katibi Teodor Teodorislə görüşüb və “Avro-2024”ə ev sahibliyi etmək üçün rəsmi ərizəni ona təqdim edib.

Qeyd edək ki, Norveç, İsveçrə, Danimarka, Finlandiya, İslandiya və Farer adalarının qitə turnirinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdükləri açıqlanıb. Yekun qərar bu ilin sentyabrında açıqlanacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq