“Luis Enrikenin qərarı bizi şoka saldı”

“Luis Enrikenin qərarı bizi şoka saldı”
XƏBƏR 2 Mart 2017 / 15:41 4422
-  A +

“Barselon”nın futbolçusu İvan Rakitiç baş məşqçi Luis Enrikenin komandadan ayrılacağı haqda verdiyi açıqlamaya münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi Enrikenin bu qərarından şoka düşdüklərini deyib:

“Baş məşqçimiz qərarını əvvəlcə bizə söylədi. Paltardəyişmə otağına gələrək qərarını açıqladı.Hamımız şoka düşdük. Çünki bu haqda heç nə bilmirdik. Gözlənilməz oldu. İstərdim ki, gələn mövsüm də bizimlə olsun. Ancaq indi ona uğurlar arzulamaq məcburiyyətindəyik. Mümkün qədər çox kubok qazanaraq  Enrikeyə gözəl vida hazırlamaq istəyirik”.

Xatırladaq ki, L.Enrike La Liqanın son turunda "Sportinq"lə oyundan (6:1) sonra keçirilən mətbuat konfransında mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq