AFFA İcraiyyə Komitəsinə yeni namizəd

AFFA İcraiyyə Komitəsinə yeni namizəd
XƏBƏR 1 Mart 2017 / 18:25 1343
-  A +

AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki keçiriləcək.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu, hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovdur. Onun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.

 
Qeyd edək ki, nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdır.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu