"İnter"də itki: "Qəbələ"yə qarşı oynamayacaq

"İnter"də itki: "Qəbələ"yə qarşı oynamayacaq
XƏBƏR 1 Mart 2017 / 17:15 2084
-  A +

Topaz Premyer Liqasının 21-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "İnter"in heyətində itki var.

Klubdan Qol.az-a verilən məlumata görə, komandanın yarımmüdafiəçisi Fuad Bayramov cəzalı durumda olduğundan bu görüşü buraxacaq. O, son turda "Qarabağ"la keçirilən oyunda cəzalanaraq sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "İnter" - "Qəbələ" oyunu martın 4-də keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner