Burak Yılmaz Türkiyəyə qayıdır

Burak Yılmaz Türkiyəyə qayıdır
XƏBƏR 1 Mart 2017 / 16:38 5626
-  A +

Çinin "Pekin Quoan" klubunun futbolçusu Burak Yılmaz mövsümün sonunda Türkiyəyə qayıdacaq.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin hücumçusu sabiq komandasına - "Trabzonspor"a keçəcək.

Klubun futbolçuya rəsmi təklif göndərdiyi və müsbət cavab aldığı bildirilir.

Qeyd edək ki, ötən ilin fevralında "Qalatasaray"dan  Çin klubuna keçən  B.Yılmaz 2010-2012-ci illərdə də "Trabzonspor"da çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner