Simeone “Atletiko”da qalacaq

Simeone “Atletiko”da qalacaq
XƏBƏR 1 Mart 2017 / 01:41 1957
-  A +

Dieqo Simeone növbəti mövsümdə də “Atletiko”da çalışacaq.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, cari mövsümdə qeydə alınacaq nəticələrdən asılı olmayaraq, argentinalı mütəxəssis Madrid klubundan ayrılmayacaq.

“Atletiko” cari mövsümdə 24 turdan sonra La Liqada dördüncü pillədə qərarlaşıb. Madriddəki 5 illik fəaliyyəti dövründə Simeone keçirdiyi oyunların 187-də qalib gəlib, 61-də heç-heçə edib və 52 görüşdə məğlubiyyət acısı yaşayıb.

Argentinalının rəhbərliyi altında keçirdiyi oyunların 62 faizində “Atletiko” qələbə qazanıb ki, bu da klub tarixində rekord göstəricidir.

Qeyd edək ki, son zamanlar Simeonenin mövsümün sonunda “Atletiko”dan ayrılacağı, karyerasını İtaliya və ya İngiltərədə davam etdirəcəyi barədə xəbərlər səngimək bilmirdi.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq