Bernardeski “Yuventus”un hədəfində

Bernardeski “Yuventus”un hədəfində
XƏBƏR 1 Mart 2017 / 01:28 2029
-  A +

Daha bir klub “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Bernardeskini transfer etmək istəyir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Yuventus” 23 yaşlı futbolçuya maraq göstərir.

Turin klubu ilə yanaşı, “İnter”, “Milan”, “Mançester Yunayted” və “Çelsi” də Bernardeski ilə maraqlanır.

Qeyri-rəsmi məlumata əsasən, “Fiorentina” gənc futbolçunun satışından 100 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Bernardeski cari mövsüm İtaliya “A” seriyasında meydana çıxdığı 23 oyunda 10 qol vurub.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq