Ronaldodan penalti rekordu

Ronaldodan penalti rekordu
XƏBƏR 27 Fevral 2017 / 10:11 4146
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekord qırıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, La Liqanın 24-cü turunda keçirilən "Vilyarreal"la oyunda baş verib. Portuqaliyalı hücumçu bu qarşılaşmada ölkə çempionatında penaltidən 57-ci qolunu vurub.

Bununla da o, bu göstəricidə Huqo Sançesi (56 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib.

Qeyd edək ki, 2009-cü ildən "Real"da çıxış edən K.Ronaldo La Liqada 64 penaltidən 57-sini dəqiq yerinə yetirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner