"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə klubunda

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə klubunda
XƏBƏR 24 Fevral 2017 / 15:45 4937
-  A +

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətinin yeni klubu müəyyənləşib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, 54 yaşlı mütəxəssis Türkiyənin I divizionunda çıxış edən "Qaziantep Böyükşəhər Bələdiyyəspor"u çalışdıracaq. Onunla bu gün 1.5 illik müqavilə imzalanacağı gözlənilir.

"Qaziantep BB" hazırda 22 xalla 18 klub arasında 13-cü pillədədir.

Xatırladaq ki, O.Çətin 2014-cü ilin iyunundan  dekabr ayına kimi "Xəzər Lənkəran"ı çalışdırıb.

Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner