"Qəbələ"nin sabiq baş məşqçisi istefa verdi

"Qəbələ"nin sabiq baş məşqçisi istefa verdi
XƏBƏR 24 Fevral 2017 / 13:47 3078
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu  İraqın "Zaxo" klubundan ayrılıb.

Qol.az-ın məlumatına görə, bu barədə  Rumıniya mətbuatı xəbər yayıb.

Rumıniyalı mütəxəssis komandasının uğursuz çıxışına görə baş məşqçi vəzifəsindən gedib. Muntyanunun rəhbərliyi altında "Zaxo" 8 oyunun heç birində qələbə üzü görməyib - 4 məğlubiyyət, 4 heç-heçə. 

Qeyd edək ki, rumıniyalı məşqçi 2014-cü ildə "Qəbələ"də çalışıb. O, "Qəbələ" ilə 1 illik müqavilə imzalasa da, komandanın uğursuz çıxışları səbəbindən 5 aydan sonra istefaya göndərilib.

Son xəbərlər