Premyer Liqada 3 tur bundan əvvəl "Sumqayıt"ın heyətində 100-cü oyununu keçirmiş kapitan Vurğun Hüseynov AZAL üzərindəki qələbəni şərh etməklə yanaşı, növbəti turda "Zirə" ilə baş tutacaq oyun haqqında da fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, kapitan klubun saytına açıqlamasında bu turda baş tutacaq görüşün vacibliyindən danışıb: "AZAL-la oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Bu səbəbdən oyuna olduqca ciddi hazırlaşmışdıq. Bütün kollektiv olaraq 3 xalı qazanıb yenidən turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Açığı, oyun istədiyimiz kimi alınmadı. Uşaqlarda həyacan hiss olunurdu. Buna baxmayaraq, çətinliklə də olsa 3 xalı qazandıq. İndi bizi qarşıda daha çətin rəqib gözləyir. Səfərdə "Zirə" ilə oyunumuz var. Artıq bu oyunun hazırlığına bu gündən başlamışıq. "Zirə"nin gücü hamıya məlumdur. Düzdür, ilk iki dövrənin hər iki oyununda onlara qalib gəlmişik. Amma bu qarşılaşma hər iki komanda üçün daha vacibdir. Altı xallıq oyundur desəm, yanılmaram. Bütün kollektiv olaraq bu oyuna köklənmişik. İnşallah, "Zirə" səfərdindən sərfəli nəticə ilə qayıdarıq".
Vurğun Hüseynov "Sumqayıt"dakı ümumi vəziyyətə də aydınlıq gətirib. O, çempionatın sonlarına yaxın bütün oyunların çətin keçəcəyini bildirməklə yanaşı qazanılan uğurlu nəticələrin heyətdə yer alan gənc futbolçuların püxtələşməsində önəmli olduğunu da vurğulayıb: "Allaha şükür, klubumuzda vəziyyət stabildir. Sponsor və rəhbərliyin səyləri nəticəsində heç bir problemimiz yoxdur. Komanda olaraq sırf futbolu düşünürük. Bu da bizə oyunlara daha yaxşı köklənməyə səbəb olur. Qarşıda olduqca çətin 9 tur var. Uğurlu nəticə qazanmaq istəyiriksə, bütün komanda olaraq var qüvvəmizlə çalışmalıyıq. Heyətimizdə yer alan gənclərin irəliləyişi üçün nəticə önəmlidir. Uzun marafonun qalan hissəsini də uğurla başa vurub istədiyimiz nəticəyə nail olarıq".
Üç ildən çoxdur "Sumqayıt"da çıxış edən Hüseynov 100-lər siyahısına düşdüyü üçün çox şad olduğunu deyib. Qeyd edək ki, karyerası ərzində "Turan" və "Qəbələ"nin şərəfini qorumuş futbolçu 14 dəfə də Azərbaycan millisinin formasını geyinib. "Sumqayıt"ın onun üçün bir ailə olduğunu deyən Vurğun azarkeşlərə də təşəkkür etməyi unutmayıb: "Hamıya məlumdur ki, Tovuz futbol məktəbinin yetirməsiyəm. Karyeram ərzində "Turan" və "Qəbələ"də çıxış etmişəm. 2013-cü ildə isə "Sumqayıt"dan təklif aldım və qəbul etdim. Bu klubun heyətində həmin ilin avqustun 4-də "Xəzər Lənkəran"la oyunda debüt etmişəm. Həqiqətən bir klubda 100 oyun keçirmək böyük işdir və hər bir futbolçuya nəsib olmayan bir hadisədir. Çünki, bu günə qədər çıxış etdiyim heç bir klubda 100 oyuna çıxmamışdım. "Sumqayıt" artıq mənim ailəmdir. Bu şəhər daim böyük futbolçular yetişdirib. Bu klubun heyətində yer alan gənc futbolçuların yetişməsində az da olsa əməyim olduğuna görə çox sevinirəm. Bir kapitan olaraq, klubum üçün daha böyük işlər görməyə hazıram. Bu şəhərin komandası və azarkeşləri daha böyük uğurlara layiqdir. Allahın köməkliyi ilə "Sumqayıt" olaraq, daha böyük uğurlar qazanıb azarkeşlərimizi sevindirərik. Yekunda buradan bütün azarkeşlərimizə səslənərək bizi hər oyunda dolu tribunalarda dəstəklədikləri üçün təşəkkür edirəm".
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil