Samir Məsimov AZAL-da

Samir Məsimov AZAL-da
XƏBƏR 22 Fevral 2017 / 17:40 3744
-  A +

“Neftçi”nin sabiq futbolçusu Samir Məsimov yenidən Topaz Premyer Liqasında çıxış edəcək.

Qol.az-ın xəbərinə görə, 22 yaşlı yarımmüdafiəçi AZAL-a keçib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Qol.az-a açıqlamasında xəbəri təsdiq edib.

Onun sözlərinə görə, bir qədər əvvəl klubun bazasına gələn Mənsimov sabah tibbi baxışdan keçəcək və onunla müqavilə imzalanacaq. Futbolçunun 6 ay+1 il müddətli müqaviləyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Samir Məsimov son  olaraq Sloveniyanın  “Domjale” klubunda çıxış edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner