Tovuzdakı yumruğun cəzası: 6 oyun

Tovuzdakı yumruğun cəzası:  6 oyun
XƏBƏR 21 Fevral 2017 / 14:31 3035
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın  məlumatına görə, toplantıda Azərbaycan I divizionunun XVI turunun oyunları ilə bağlı da cəzalar açıqlandıb.

“Turan Tovuz” – “Zaqatala” matçının 69-cu dəqiqəsində ev sahibi komandanın futbolçusu Səbayıl Bağırov aqressiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanıb, kluba 400 manat cərimə kəsilib. Bundan başqa, qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Son xəbərlər