Donnarummanın meneceri ikiqat maaş tələb edir

Donnarummanın meneceri ikiqat maaş tələb edir
XƏBƏR 21 Fevral 2017 / 01:02 2918
-  A +

“Milan” fevralın 25-də 18 yaşı tamam olacaq Canluici Donnarumma ilə peşəkar müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi gənc qapıçıya 5 illik sözləşmə təklif edib. Onun illik əmək haqqısı 2 milyon avro olacaq.

Lakin Donnarummanın meneceri Mino Rayola bu təkliflə razı deyil. Belə ki, o, “Milan”dan 4 milyon avroluq maaş tələb edir.

Qeyd edək ki, Donnarummanın hazırkı klubu ilə razılığa gələ bilməyəcəyinə ümid edən “Yuventus”, “Çelsi”, “Mançester Yunayted”, “Real” və “Barselona” onu heyətinə qatmağa hazırlaşır.

Son xəbərlər
topaz banner