İnyesta 400-ə çatdı

İnyesta 400-ə çatdı
XƏBƏR 21 Fevral 2017 / 00:43 1660
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta La Liqanın 23-cü turunda “Leqanes”ə qarşı görüşün 80-ci dəqiqəsində meydana çıxıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu matç təcrübəli yarımmüdafiəçi üçün əlamətdar olub. Belə ki, İnyesta Kataloniya klubunun heyətində La Liqada 400-cü oyununa çıxıb.

Bu nəticə ilə 32 yaşlı futbolçu yalnız Xavidən (505 oyun) geri qalır.

Qeyd edək ki, İnyesta 2002-ci ildən “Barselona”da çıxış edir.

Son xəbərlər