Mourinyo: “Çelsi” artıq çempiondur”

Mourinyo: “Çelsi” artıq çempiondur”
XƏBƏR 21 Fevral 2017 / 00:00 4750
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Kubokunun 1/4 final mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis London klubunu artıq çempion kimi gördüyünü bəyan edib:

“Böyük ehtimalla, “Çelsi” kuboku qazanmaq barədə düşünür. Çünki onlar artıq çempiondurlar. Premyer Liqada mübarizə aparmaq üçün hədəfləri qalmayıb.

Biz hər oyunda qələbə qazanmağa çalışırıq. Həftəarası “Sent-Etyen”lə Avroliqada oyunumuz var. Daha sonra kubokda mübarizə aparacağıq. İnanıram ki, həmin görüşdən sonra yenidən Avroliqa həyəcanı yaşayacağıq. Premyer Liqada isə hədəfimiz “dördlük”də olmaqdır”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner