“Qalatasaray” yenə qələbə qazana bilmədi

“Qalatasaray” yenə qələbə qazana bilmədi
XƏBƏR 19 Fevral 2017 / 00:00 2472
-  A +

Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün turun daha 3 görüşü keçirilib.

“Qalatasaray” səfərdə “Rizespor”un qonağı olub. İqor Tudor bu matçda İstanbul klubunun baş məşqçisi kimi ilk matçına çıxıb. Lakin xorvat mütəxəssis yeni iş yerindəki debütunu qələbə ilə qeyd edə bilməyib. “Cim-Bom” ardıcıl ikinci oyund da meydanı 3 xal qazanmadan tərk edib.

“Qalatasaray” kimi ikinci pillədə qərarlaşan “Başakşehir” də turu 1 xalla tamamlayıb.

Superliqada günün yeganə qalibi “Antalyaspor” olub. Etonun sona yaxın vurduğu qol Antalya təmsilçisinə 3 xal qazandırıb.

Türkiyə Superliqası

XXI tur

18 fevral

“Antalyaspor” - “Kardemir Karabük” 1:0
Qol:
Eto, 82

“Başakşehir” - “Qaziantepspor” 0:0

“Rizespor” - “Qalatasaray” 1:1
Qollar: P
odolski, 23 (0:1), Cek, 75 (1:1)

Qeyd edək ki, 21 turdan sonra “Başakşehir” 43 xalla ikinci, “Qalatasaray” isə 40 xalla üçüncü yeri tutur. 1 oyun az keçirən “Beşiktaş” 44 xalla liderdir. “Fənərbaxça” 36 xalla dördüncü yeri tutduğu halda, “Antalyaspor” 35 xalla beşincidir.

Daha çox


Son xəbərlər