Türkiyə millisi Kosovoya getməyəcək

Türkiyə millisi Kosovoya getməyəcək
XƏBƏR 18 Fevral 2017 / 13:01 3963
-  A +

Türkiyə millisi “DÇ-2018”in seçmə mərhələsində Kosovo ilə səfər oyunu neytral meydanda keçirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə xəbəri Türkiyə Futbol Federasiyasının rəsmi saytı yayıb.

Bildirilir ki, yayda keçiriləcək qarşılaşma Albaniyada oynanılacaq. Buna səbəb isə Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.

Qeyd edək ki, Kosovo – Türkiyə oyunu iyunun 11-də keçiriləcək. 

Son xəbərlər
topaz banner