"Kəpəz" "Neftçi" ilə oyuna hazırdı

"Kəpəz" "Neftçi" ilə oyuna hazırdı
XƏBƏR 18 Fevral 2017 / 01:02 1645
-  A +

Topaz Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” ötən gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. 

Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən “Kəpəz” “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək.

Son xəbərlər
topaz banner