Nazarov komandasını məğlubiyyətdən xilas etdi

Nazarov komandasını məğlubiyyətdən xilas etdi
XƏBƏR 18 Fevral 2017 / 00:35 4885
-  A +

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir.
 
Qol.az-ın xəbərinə görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Fasilədən sonra medana daxil olan millimizin üzvü komandasını məğluibyyətdən xilas edib. Nazarov komandası 0:1 hesabı ilə geridə olarkən penaltidən fərqlənib.
 
Qeyd edək ki, 21 oyundan sonra hesabında 18 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner