İtaliya klubunda yeni baş məşqçi

İtaliya klubunda yeni baş məşqçi
XƏBƏR 17 Fevral 2017 / 18:56 2364
-  A +

İtaliyanın "Peskara" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, komanda çexiyalı məşqçi Zdenek Zemana tapşırılıb. O, bu  vəzifədə Massimo Oddonu əvəzləyib.

70 yaşlı Zeman karyerası ərzində "Latsio", "Roma", "Napoli" kimi klublarda çalışıb.

Qeyd edək ki, "Peskara" 2011/12 mövsümündə  Zemanın rəhbərliyi altında Seria B-nin qalibi olub və elitaya yüksəlib. Komanda hazırda A Seriyasında 24 turdan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.  


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner