"Qalatasaray"da 5 itki

"Qalatasaray"da 5 itki
XƏBƏR 17 Fevral 2017 / 16:26 3455
-  A +

Türkiyə superliqasının 21-ci turunda "Rizəspor"la qarşılaşacaq "Qalatasaray" oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçuları Uesli Sneyder, Hakan Balta və Bruma zədə səbəbindən səfər matçını buraxacaq.

Daha əvvəl zədələnən Ərən Dərdiyok və Lionel Karolun də oyunda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, qarşılaşma sabah keçiriləcək.

Son xəbərlər