Rəşad Sadıqov əcnəbi hakim istəyir

Rəşad Sadıqov əcnəbi hakim istəyir
XƏBƏR 17 Fevral 2017 / 01:14 3351
-  A +

“Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasına əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarıdır.

Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi "CBC Sport" kanalında qonağı olduğu "3-cü hissə" verilişində bu təkliflə çıxış edib:

"Yüksək səviyyəli hakimlərimiz azdır. Onlar da ardıcıl oyunlar idarə edir, fiziki və psixoloji cəhətdən yüklənirlər. Qarşıdakı turda isə çempionluq uğrunda mühüm olan "Qəbələ" - "Qarabağ" matçı var. Belə vacib oyunlara əcnəbi hakimlərin dəvət olunması daha məqsədəuyğun olardı. Vaxtı ilə Azərbaycanda belə təcrübə olub. Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunada Almaniyadan hakimlər dəvət olunmuşdu".  

Son xəbərlər
topaz banner