“Krasnodar” bizdən yaxşı oynadı”

“Krasnodar” bizdən yaxşı oynadı”
XƏBƏR 17 Fevral 2017 / 02:22 1816
-  A +

“Fənərbaxça”nın baş məşqçisi Dik Advokat Avroliqanın 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində “Krasnodar”ın 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, holland mütəxəssis nəticədən narazı olduğunu gizlətməyib: 

“Cavab oyunu öncəsi 0:1 hesabı məni qana etmir. Birinci hissədən “Krasnodar” bizdən yaxşı oynadı. Onların qol vurmaq üçün bir neçə imkanları oldu. Biz çox bərbad oynadıq.   

Fasilədən sonra daha yaxşı çıxış etsək də, bəxtimiz gətirmədi. Yaxaladığımız şansları dəyərləndirə bilmədik.  Lakin “Krasnodar”la səfər oyununda qələbə qazanmaq heç də asan deyildi.  “Krasnodar” məni heç nə ilə təəccübləndirmədi”.

Son xəbərlər