"Qəbələ"də qardaşlarımız oynayır" - Rahid Əmirquliyev

"Qəbələ"də qardaşlarımız oynayır" -   Rahid Əmirquliyev
XƏBƏR 16 Fevral 2017 / 14:37 3651
-  A +

Topaz Premyer Liqanın növbəti turunda lider "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olacaq.
Ağdam klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev qarşıdan gələn oyun haqda Qol.az saytının suallarını cavablandırıb.


- "Qəbələ" ilə oyuna necə hazırlaşırısınız?

- "Qəbələ" çempionluq yolunda bizim üçün ən ciddi rəqibdir. Oyunun məsuliyətini hamımız dərk edirik. Ancaq rəqiblər arasında ayrıseçkilik etmirik. Sərbəst hazırlaşırıq.

- Bu oyunu çempionluq yarışının ən vacib qarşılaşması hesab etmək olar?

- Düzdür, qazanılan xal çempionluğa doğru önəmli addım olar. Ancaq deməzdim ki, çempionluq sırf bu qarşılaşmadan  asılıdır. Çempionatın hər oyunu ağır keçir. Hələ "Qəbələ"nin də çətin oyunları var, bizim də. Çempion olmaq istəyən komanda hər oyunda xal qazanmalıdır.

- Son zamanlar "Qəbələ" ilə oyunlarınız prinsipiallaşıb. Bu komandaların oyunu ətrafında söz-söhbətlər çoxalıb.

- Bəli, oyun ətrafında ajiotaj var. Ancaq biz çalışırıq ki, belə şeylərə fikir verməyək. Diqqətimiz yalnız oyuna yönəlib. Müəyyən söz-söhbətlər yaradanlar var. Biz heç nəyə fikir vermirik.  Deməzdim ki, "Qəbələ" ilə "Qarabağ" arasında münasibət korlanıb. Münasibətimiz həmişəki kimi yaxşıdır. "Qəbələ"də qardaşlarımız oynayır. Meydanda olanlar elə meydanda da qalır. Kənarda bizim yaxşı münasibətlərimiz var. Tək "Qəbələ" ilə yox, bütün rəqiblərlə aramızda rəqabət mövcuddur.

- "Qəbələ"nin 5 futbolçusu sizə qarşı oynaya bilməyəcək. "Qarabağ"da isə 3 itki var. Bu itkilər komandanın oyununa necə təsir edəcək?

- Hər iki komandanın itkiləri olsa da, "Qəbələ" yaxşı heyəti var. Düşünürəm ki, 5 futbolçusunun oynamamağı "Qəbələ"yə problem yaratmayacaq. Rəqibimiz geniş heyətə malikdir. Hər bir futbolçunu əvəzləmək üçün ehtiyat qüvvələri var.

- "Qəbələ"nin hücum xəttini xüsusi vurğulamaq lazımdır. Komandanızın orta xəttinə çox yük düşəcək.

- Bəli, komandanın çox güclü hücumçuları var. Amma "Qəbələ"nin tək hücum xətti güclü deyil. Onlar yaxşı futbol oynayır. Komanda şəklində inamlı təsir bağışlayırlar. Ona görə də tək orta xəttə yox, bütün komandamıza yük düşəcək.

- Qəbələn 1 xalla dönmək "Qarabağ"ı qane edər?

- Biz üç xalla qayıtmaq istəyirik. Çalışacağıq ki, qələbə qazanaq. Qəbələyə qalib gəlmək üçün gedirik.

- Çətin olmayacaq?

- Hər iki komanda sırf qələbəyə oynayacaq. Buna görə də istənilən nəticə qeydə alına bilər. Şansları bərabər görürəm.

Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər
topaz banner