"Biz futbolçu olaraq həm millidə, həm də klubda ən yaxşısını etməyə, maksimum nəticə qazanmağa çalışırıq. Ancaq bir reallıqlar var ki, biz bunu qəbul etməliyik. Almaniya yığması bu gün dünyanın ən yaxşı komandasıdır".
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın və “Qarabağ”ın futbolçusu Qara Qarayev AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasında verilən növbəti suala cavabında bildirib.
Millimizin “DÇ-2018”in seçmə mərhələsində rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycanla qarşılaşmanı qrupun "Top oyun"u adlandırıb.
Qara Qarayav Lövün bu fikirlərinə münasibət bildirib: “Bilmirəm, Löv hansı məqsədlə bu sözü deyib. Bizim üçün Almaniya üzərində qələbə qazanmaq böyük bir uğur olardı. Ancaq qəbul etmək lazımdır ki, bu, çox çətindir. Şəxsən mənim üçün Almaniya ilə matç böyük təcrübə olacaq. Bu oyun bizə qalibiyyətdən daha çox şeylər verəcək.
Lövün belə düşçünməsinin hardasa səbəbi var. Çünki qrupda 4-cü matçımıza çıxırdıq və heç bir qol buraxmamışdıq. Sözsüz ki, almaniyalı baş məşqçi futbolun inkifaşını, hər bir komandanın oynaya bildiyini düşünür. Lövün bu fikrinin bizdən çəkindiyi ilə yox, hörmətdən irəli gəldiyini düşünürəm. Məncə, o, millimizlə bağlı söylədikləri ilə heç də zarafat etmir. Löv Azərbaycan yığmasının qazandığı xallara, uğurlara görə bu sözü deməyə məcbur olur. Adam işinə tam ciddi yanaşır".
Qeyd edək ki, Azərbaycan- Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı