Van Persi Rusiyaya aparılmadı

Van Persi Rusiyaya aparılmadı
XƏBƏR 15 Fevral 2017 / 13:45 2623
-  A +

Avropa Liqasının 1/16 final mərhələsində Rusiyanın "Krasnodar" klubu ilə qarşılaşacaq "Fənərbaxça" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın əsas qol silahı olan Robin Van Persi zədə səbəbindən səfər matçını buraxacaq. Məşq zamanı ayağından zədələnən hollandiyalı hücumçu  Rusiyaya aparılmayıb.

Sabahkı oyunda hücum xəttində Emanuel Emenike və ya Joze Fernandaonun oynayacağı gözlənilir.

Son xəbərlər
topaz banner