“Arsenal” “Bavariya”nı məğlub edə bilər”

“Arsenal” “Bavariya”nı məğlub edə bilər”
XƏBƏR 15 Fevral 2017 / 01:23 2611
-  A +

“Arsenal”ın müdafiəçisi Şkodran Mustafi Çempionlar Liqasının 1/8 finalında “Bavariya”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, bu dəfə “topçular”ın Münhen klubunu mübarizədən kənarlaşdıra biləcəyinə inanır:

“Bilirəm ki, “Arsenal” son 4 ildə 3 dəfə pley-offda “Bavariya”ya uduzub. Amma bu, mənim Münhen klubuna qarşı ilk görüşüm olacaq. Təbii ki, bizi gərgin, çətin qarşıdurma gözləyir. Bütün gücümüzü meydana qoysaq, “Bavariya”nı məğlub edə bilərik.

Təbii ki, “Bavariya” möhtəşəm komandadır. Amma biz bu cür rəqiblərə qarşı oyun təcrübəsinə malikik. Premyer Liqada mütəmadi olaraq “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” kimi komandalara qarşı oynayırıq. Böyük klubların heyətində usta futbolçular çıxış edir”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu