Subotiçlə Ozobiçin "Qəbələ"də yubiley qolları

Subotiçlə Ozobiçin "Qəbələ"də yubiley qolları
XƏBƏR 15 Fevral 2017 / 00:39 1942
-  A +

"Qəbələ"nin Azərbaycanı Premyer Liqasının son turunda "Zirə" ilə səfər matçnda fərqlənən legionerləri Daniel Subotiçlə Filip Ozobiç yubiley qollarına imza atıblar.

Qol.az-ın sportnet.az-a istinadən verdiyi xəbərə görə, 2:2 hesabı ilə nəticələnən oyunda hesabı aan isveçrəli hücumçu "qırmızı-qarılar"da 15-ci qolunu vurub.

Bunlardan 14-ü çempionatda, 1-i kubokda olub. Subotiç qış fasiləsindən sora "qırmızı-qaralar"a dönüşündən sonra 3 matçda artıq 2 dəfə fərqlənib. Özü də hücumçu qayıdışından sonra "Neftçi" ilə "Zirə"nin qapısına yol taparaq ilk dəfə bu komandaları məyus edir. Əslində, Daniel "Qəbələ"də oynadığı 2013/14 mövsümündə "Zirə" klubu ümumiyyətlə, mövcud olmadığından, ona qol vura bilməzdi. 28 yaşlı legioner "Neftçi"yə yalnız indi qol vura bilib.

Ozobiç isə debüt mövsümünü keçirdiyi "Qəblə"nin heyətində Premyer Liqada 10-cu qolunu vurmaqla bombardirlər yarışında vahid liderliyini möhkəmləndirib. Özü də Xorvatiya milisinin üzvü olan 27 yaşlı yarımmüdafiəçi "Zirə"ni evdə 1:0 hesabı ilə məğlub edtikləri matçda onun qapısına yol tapıb. Ancaq rəqib bu dəfə son saniyələrdə hesabı bərabərləşdirdiyindən Fiilipin qolu bu dəfə qələbə topu olmayıb.
Ozobiç indiyədək "qırmızı-qaralar"da oynadığı hər 3 turnirdə fərqlənməyi bacarıb. Filip Azərbaycan Kubokunda 1, Avropa Liqasında 2 dəfə rəqib qapıısna yol tapıb. Onun hesabında "Qəbələ"də 13 qol var.

Son xəbərlər
topaz banner