AFFA İntizam Komitəsi “Qarabağ”ın şikayətini rədd edib.
Qol.az-ın xəbərinə görə, İK-nin bu gün keçirilən iclasında Ağdam klubunun futbolçusu Ağabala Ramazanova Topaz Premyer Liqanın 18-ci turunda “Kəpəz”lə oyunda göstərilən sarı vərəqənin ləğvi ilə bağlı müraciətinə münasibət mənfi olub.
İK-nin bugünkü qərarları sırasında bununla bağlı qərarın olmaması belə deməyə əsas verir ki, hakim Ömər Paşayevin göstərdiyi vərəqə haqlı sayılıb.
A.Ramazanov bu vərəqəni almaqla sarı cəza limitini doldurub. Buna görə də o, “Qəbələ” ilə Premyer Liqanın 19-cu turunun oyununu buraxmalı olacaq.
Xatırladaq ki, “Kəpəz”lə matçın ikinci hissəsində meydana çıxan A.Ramazanov bilmədən, arxası "Kəpəz"in qapıçısı David Kərimiyə tərəf olub və qolkiper topu zərbə ilə oyuna daxil edərkən onunla toqquşub. Nəticədə hər iki futbolçu zədə alıb və meydana həkimlər çıxıb. Bu səbəbdən o, sarı vərəqə alıb. “Qarabağ” oyundan dərhal sonra görüşün protokuluna vərəqənin ləğvi ilə bağlı qeyd verib.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı