Reynaldo “Adanaspor”a kömək edə bilmədi

Reynaldo “Adanaspor”a kömək edə bilmədi
XƏBƏR 14 Fevral 2017 / 01:04 5140
-  A +

Türkiyə superliqasında 20-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyun günündə “Adanaspor” səfərdə “Qaziantepspor”un qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

“Qarabağ”dan “Adanaspor”a transfer olunan Reynaldo Silva komandası hesabda geridə olarkən – 65-ci dəqiqədə meydana daxil olub. Lakin braziliyalı hücumçu heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, Adana təmsilçisi 17 xalla 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner